“Monako” Fabreqası heyətinə qatdı

Fransanın “Monako” futbol klubu yarımmüdafiəçi Sesk Fabreqası öz heyətinə qatıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı ispan futbolçu İngiltərənin “Çelsi” klubundan transfer edilib. Fabreqas “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Fabreqas peşəkar karyerasına İngiltərənin “Arsenal” klubunda başlayıb. O, 2011-ci ildə “Barselona”, 2014-cü ildə isə “Çelsi” klubuna transfer olunub.

Yarımmüdafiəçi İspaniya milli komandasının heyətində iki dəfə Avropa çempionu (2008, 2012) və bir dəfə dünya çempionu adını qazanıb.

Etikxeber.az

Read Previous

Elə bir hədəf yoxdur ki, onu dəqiqliklə məhv edə bilməyək… – PREZİDENT- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Avtobus dayanacaqda gözləyən 23 nəfəri əzdi… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir