“Bəzi həmkarlarım ehtiyat edir ki…” – MUSA QULİYEV – YENİLƏNİB (7)

“Tütünlə mübarizə məsələsi, daha doğrusu, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Bu, əslində daim diqqət mərkəzində olan məsələdir. Çünki birbaşa insanların sağlamlığı ilə bağlı məsələdir”.
bahar-mm-1
Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker Bahar Muradova aprelin 27-də Milli Məclisdə (MM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda parlamentin 5 komitəsinin birgə təşkil etdiyi Dəyirmi masada cıxışı zamanı deyib.
O, deyib ki, məsələnin aktuallığı və əhəmiyyətliliyi tədbirdə müvafiq dövlət qurumlarının və onların təmsilçilərinin də iştirakını zəruri və vacib etdi.
B. Muradovanın sözlərinə görə, bu baxımdan, Dəyirmi masaya Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və sairə təmsilçiləri dəvət olunublar.
“Bir daha xatırladım ki, adıçəkilən qanun layihəsi üzərində də ötən müddətdə çox işlənilib, vacib təkmilləşdirmələr aparılıb, cəmiyyətin ən müxtəlif təbəqələrinin rəy və təklifləri nəzərə alınıb”-deyə, MM sədrinin müavini sözlərinə əlavə edib.
“Qanunun işlək olmasını istəyiriksə…”– HADİ RƏCƏBLİ

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cıxışı zamanı bildirib ki,  tütündən istifadənin məhdudlaşdırılması ilə birinci oxunuşda qəbul olunan qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub.

Çıxışında ölkə Prezidenti İlham Əliyevin Yevlax rayonunda keçirilən müşavirə zamanı siqaretlə bağlı söylədiyi fikirlədən sitat gətirən komitə sədri bildirib ki, dövlət başçısının məlum mövqeyi ictimaiyyət tərəfindən də böyük rəğbət və razılıqla qarşılanıb:

ilya-yevlax-1

“O, dedi ki, “Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq…”.Biz də millət vəkilləri olaraq, həmin fikirləri dəstəkləyirik”.

Sonra isə komitə sədri “Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır”-deyə, sözlərinə əlavə edib.

hadi racabli-hadi

 

***
Monqolustan, Rusiya, Serbiya, Bolqarıstan, Yunanıstan, Moldova – DÜNYADA ƏN ÇOX BU ÖLKƏLƏRDƏ SİQARET ÇƏKİLİR
ahliman-1
“Əgər ötən əsrin 60-cı illərində ABŞ-da siqaret çəkənlərin sayı ölkə əhalisinin  52 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 21 faizə enib. Eyni zamanda, Yaponiyada, digər inkişaf etmiş ölkələrdə də 60-cı illərlə müqayisədə 2010-cu ildə və sonrakı illərdə siaqret çəkənlərin faizində əhəmiyyətli azalma müşahidə olunub. Bunlar da havadan götürülmüş rəqəmlər deyil, dəqiq statistikadır”.
Bunu MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Dəyirmi masada cıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu azalma da əsasən siqaret çəkənlərin yerlərinin məhdudlaşdırılması nəticəsində mümkün olub.
” Ancaq Azərbaycanda bu məsələ ilə bağlı  dəqiq statistika yoxdur. Onu da deyim ki, dünyadan ən çox siqaretdən istifadə edən ölkələr bunlardır: Monqolustan, Rusiya, Serbiya, Bolqarıstan, Yunanıstan, Moldova… Yəqin ki, bizdə də MDB ölkələrində olan rəqəmə yaxın bir rəqəm, faiz göstəricisi var…”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri sonra deyib ki,  bəzi layt siqaretlərin üstündə nikotinin az olması barədə məlumatın yazılması tütünə qarşı mübarizədə problem yaradır:

“Layt siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.

Komitə sədrinin  bildirdiyinə görə, dünyada tütünlə mübarizəyə qarşı hazırlanan qanunlarda birdən-birə sərt tədbirlər nəzərdə tutulmur:

“Birdən-birə ciddi sərtləşdirilmiş tədbirlər həyata keçirməyin nəticəsinin olacağına inanmıram. Biz nə qədər qadağalar qoysaq da, tütündən istifadə etmənin qarşısını tam ala bilməyəcəyik. Burada siqaretin keyfiyyəti məsələsi ortaya çıxıtr. Dünyada siqaret istehsal edən ölkəər buna qarşı mübarizəyə aparmağa başlayanda öz məhsullarını digər ölkələrə göndərirlər. Ölkəyə gətirilən siqaretlərin keyfiyyəti də müzakirə mövzusu olmalıdır”.

Ə.Əmiraslanov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  məlumatına əsasən, dünyada hər 6 saniyədən bir tütün məmulatından istifadə edən 1 insan dəyişir:

“Hər il 15 milyon insan tütün məmulatından istifadə istifadəyə etdiyinə görə dünyasını dəyişir. Ağciyər xərcənginə rast gəlmə halları tütün məmulatlarından istifadə edənlər arasında etməyənlərdən 30 dəfə, miokart infaktı isə 15 dəfə çoxdur”.

Ə.Əmiraslanov deyib ki, siqaretin tüstüsündən əziyyət çəkənlərin hüquqlarının qorunmasına daha çox diqqət yetirilməlidir:

“Baxmaq lazımdır ki, siqaret çəkənlərin, yoxsa siqaretin tüstüsündən əziyyət çəkənlərin hüquqlarına üstünlük verək? Şübhəsiz ki, 2-ciyə üstünlük verilməlidir. Siqaret tüstüsündən əziyyət çəkənlərin böyük əskəriyyətinin uşaqlar olduğunu nəzərə alsaq, bunun nə dərəcə əhəmiyyətli olduğunu görmək olar”.

***

“Bəzi həmkarlarım ehtiyat edir ki…”–  MUSA QULİYEV DEYİR Kİ, QANUNA ƏMƏL OLUNMASA, İNSANLAR DAHA ÇOX CƏRİMƏLƏNƏCƏK

MM-in Səhiyyə komitəsinin sədr müavini  Musa Quliyev deyib ki, restoranlarda tütünçəkmə üçün açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər.

M. Quliyevin sözlərinə görə, sahibkarlar belə yerlər yarada bilərlər.

O, deyib ki, sahibkarların buna gücü çata bilər:

“Ancaq kənd yerlərində qapalı yer necə yaradılsın?! Buna oradakı insanların imkanı çatmaz. İş yerlərində isə siqaret çəkilməsi üçün qapalı yer yaratmağa nə ehtiyac var?! Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?! Biz bu məsələdə özümüzə problem yaradırıq və bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərin ayrılması məsələsi ilə bağlı bir daha fikirləşmək lazımdır”.

musa urud

M.Quliyev qanun layihəsində tütünə qarşı mübarizədə sərt tədbirlərin görülməsinin düzgün olmaması barədə səslənən fikirlərə də münasibət bildirib:

“Əsas problem tütünün tüstüsüdür. Bundan qorunmaq lazımdır. Bəzi həmkarlarım ehtiyat edir ki, qanun sərt şəkildə qəbul edilsə, bu işləməyəcək. Axı, niyə işləməsin?! Qanuna əməl olunmasa, o zaman insanlar daha çox cərimə olunacaqlar. Bu da büdəcəyə öz müsbət təsirini göstərmiş olacaq. İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək“.

***

 

“Qanun geriyə də şamil ediləcək…” – MM-İN SEKTOR MÜDİRİ

“Tütün məmulatlarının (siqaretin) nümayişinin qadağa olunması ilə bağlı qəbul olunacaq qanun geriyə də şamil ediləcək”.

Bunu isə  Milli Məclisin (MM)  Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev  bildirib.

O, qeyd edib ki, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşunda edilən dəyişiklikdə əskini tapıb:

“Birinci oxunuşda bunu yalnız qanun qəbul edildikdən sonra çəkiləcək video materiallarda (kino, proqram, veriliş və s.) nəzərdə tutmuşduq. Lakin sonradan edilən irad və təklifləri nəzərə alaraq, Türkiyə modelindən istifadə etməyə qərar verdik. Qanun qəbul edildikdən sonra qadağa geriyə də şamil olunacaq. Bu vaxtadək çəkilən bütün video materiallar efirə verilən zaman siqaretin nümayişi qadağan ediləcək”.

***

araz

“Elə gənclər var ki, siqaret çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və…”– ARAZ ƏLİZADƏ

“Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir”.

Bunu müzakirələr zamanı deputat Araz Əlizadə deyib.

O, deyib ki, qəlyan insanın səhhəti üçün çox zərərllidir.

Onun sözlərinə görə, istifadə zamanı onun müştüyü və borusu dəyişməlidir:

“Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və qanunla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir”.

A.Əlizadə hesab edir ki, qəlyanın qadağan edilməsi turistlərin ölkəyə olan marağının azalmasına səbəb ola bilməz.

Deputat təklif edir ki, uşaqlara siqaret satanların cərimələnməsi üçün qanunvericiliyə dəyişikliklər edilməli və onlara qarşı tədbirlər görülməlidir.

***

“Tütün məmumatlarının vitrinlərdə verilməsi də onu daha əlçatan edir…”– ETİRAZ

“İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və binalarda tütünçəkmə üçün qapalı yerlərin yaradılması nəinki konvensiyaya, idman və sağlamlıqla bağlı istənilən anlayışa ziddir. Bu, ən əsası Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında milli idmanın müsbət imicinə, bu sahədə reallaşdırılan təşəbbüslərə xələl vura bilər. Qanunun əvvəlki variantında idman yarışları və kütləvi tədbirlərin keçirildiyi yerlərdə tütün çəkmə tam qadağan edilmişdi”.

Bunu tədbirdə Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev  deyib.

O,  “Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında” qanun layihəsində bəzi ərazilərdə tütün çəkmə üçün qapalı yerlərin ayrılması ilə bağlı bəzi iradlarını nəzərə çatdırıb:

“Qanun layihəsindəki “tütünçəkmə üçün qapalı yerlər” anlayışı Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Qarşı Mübarizə haqqında” Çərçivə Konvensiyanın tələbləri ilə ziddiyət təşkil edir”.

Nazirlik rəsmisi deyib ki, Konvensiyaya əsasən, siqaret çəkmə üçün xüsusi yerlər ayrılmadan binaların daxilindəki bütün ictimai və iş yerlərində tütünçəkmə qadağan olunmalıdır.

Onun sözlərinə görə, bəzi ölkələrdə hətta siqqaret çəkmək üçün belə yerlər olduqda belə, həmin yerlər bütün ərazilərdən tam kənarda yerləşdirilir, onlar ümumi istifadədə olan keçidlə birləşdirilmir və tam təcrid olunur:

“Nə qədər qəribə səslənsə də, ətrafa yayılan tütün tüstüsü yalnız siqaret çəkməyənlər üçün deyil, həm də siqaret çəkənlərin özləri üçün əlavə təhlükədir. Qapalı yerlərdə aktiv siqaret çəkənlər eyni zamanda, tütün tüstüsü ilə nəfəs alaraq, passiv siqaret çəkənlər də hesab edilirlər. Buna görə də tütün tüstüsünün 2 qat zərərli təsirinə məruz qalırlar. Həmin yerlər isə daim ətrafdakılar üçün təhlükə mənbəyi hesab edilir və tütün çəkməni təbliğ edir”.

T.Musayev deyib ki, qanun layihəsi bir çox yerlərdə – ictimai yerlərdə tütün çəkməni qadağan etsə də, istisnalıq təşkil edən yerlər var və layihədə tütün çəkmə üçün qapalı yerlərin ayrılması təklif edilir.

O, hesab edir ki, bütün müəssisələrdə, ictimai iaşə obyektlərində, mehmanxanalarda, dəmir yol qatarlarında qapalı yerlərin yaradılması həmin yerlərdə çalışan işçilərin, eləcə də oraya gələn insanların sağlamlığına ziyan vura bilər.

T.Musayev onu da əlavə edib ki, Azərbaycanda siqaret qutularının üzərində yalnız ümumi bir xəbərdarlıq yazılır və onun da həcmi ümumi sahənin 30 faizini təşkil edir:

“Hesab edirəm ki, bununla bağlı məsələ qanun layihəsində öz əksini tapa bilər. Əslində, tütün məmumatlarının vitrinlərdə verilməsi də onu daha əlçatan edir. Ticarət yerlərində müştərilərə tütün məmulatlarının satışını stimullaşdıran heç bir əlamət olmadan satılan malların siyahısı və qiymətləri təqdim edilməlidir”.

B. Muradova isə deyib ki, bu təkliflərin bir çoxu layihənin müzakirələri zamanı nəzərə alınacaq.

***

sahiyyaaaaaaaaaaaaaaaaaaaaaaa-1111111111111

“Araşdırmalar göstərir ki, Azərbaycanda kişilərin 36 faizi siqaret çəkir. Lakin siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalırlar”.

Bu barədə də Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov   deyib.

Onun sözlərinə görə, yeniyetmələr arasında bu nisbət daha nəzərə çarpacaq səviyyədədir:

“Azərbaycanda yeniyetmətmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Bu göstərici son beş ildə 50 faiz artıb. Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə onun təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. ÜST-nin tövsiyəsinə görə, yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində tütünlə bağlı hərtərəfli qadağalar tədbiq edilir”.

C.Məmmədov deyib ki, tütünün məhdudlaşdırılmasının ölkədə turizmin inkişafına mane olacağı barədə məlumatlar deyilir:

“Belə fikirlər səslənir ki, kafe və restoranlarda siqaretlərdən istifadənin qadağan edilməsi turistlərin buradan qaçmasına, gələcəkdə sanki bu səbəbdən turistlərin sayının azalması ilə nəticələnəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq, qeyri-adekvat, yad bir hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmə vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına da səbəb olur”.

Etikxeber.az

Read Previous

“ÇERNOBIL ACISI…” – Deputat yazır – FOTOLAR

Read Next

“Gənclər sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir