Morales istefa verdi – HAKİMİYYƏT MÜXALİFƏTƏ KEÇDİ… – YENİLƏNİB

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb.

Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk etdiyini deyib.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, Morales bu barədə sosial şəbəkələrdə yayımlanan müraciətində bildirib.

“Biz istefa veririk ki, bacı və qardaşlarımız, dövlət qulluqçularımız hücumlara məruz qalmasınlar və təhdid edilməsinlər” – deyə, Morales qeyd edib.

 Qeyd edək ki, ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Boliviyada etirazlar 20 oktyabrda başlayıb və bu günə qədər davam edir. 

***

Boliviya Senatının ikinci vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.

Anyes bunu “Pagina 7”-yə açıqlamasında deyib.

Bundan əvvəl prezident Evo Morales, vitse-prezident Alvaro Qarsia Linyera, Senatın rəhbəri Adriana Salvierra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar Palatasının rəhbəri Viktor Borda istefa verib.

Etikxeber.az

Read Previous

PJB-dən Dövlət Bayrağı Günü ilə bağlı növbəti – MÖHTƏŞƏM AKSİYA VƏ BƏRDƏ XƏYALQIRIQLIĞI – FOTOLAR – YENİLƏNİB

Read Next

Konstitusiya Günündə hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir