“Moris Meterlinkin “Göy quş” və Elçinin “Teleskop”əsərlərinə manumental tərtibatlar etmişəm…”- RƏSSAM MİLLƏT VƏKİLİ

Mən teatr rəssamı kimi də fəaliyyət göstərirəm. Misal olaraq deyə bilərəm ki, Naxçıvan Dram Teatrının səhnəsində görkəmli dramaturq Moris Meterlinkin “Göy quş” və Xalq yazıçısı Elçinin “Teleskop” əsərlərinə manumental tərtibatlar etmişəm.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata müsahibəsində millət vəkili Ülviyyə Həmzəyeva deyib.

“Ümumiyyətlə, rəssamlığa marağınız necə yarandı? Bu marağın yaranmasında ailənizin təsiri olubmu” sualına cavabında isə millət vəkili bunları deyib:

“Açığı, sevdiyim və özümü biləndən mənimlə olan bu sənətin və ya mənim üçün belə müəmma olan bu təbii prosesin maraqdan, yoxsa digər faktorların təsirindən yarandığını bilmirəm. Ata nənələrim xalçaçılıqla məşğul olmuşlar. Xalçaların çeşnilərini, ipləri və rənglərini də özləri hazırlayardılar. Atam metal üzərində döymə ilə məşğuldur və rəssamdır. Fikrimcə, rəssamlıq da digər sənətlər kimi irsidir. Təbii ki, genlərdə kodlaşdırılmış bu məlumatların hansı formada və ya üslubda ortaya çıxması insanın dünyaya baxışı, yaşadığı mühitə münasibəti, tarixi və müasir dövrün hadisələrinin təsiri ilə müəyyənləşir, deyə düşünürəm. Düzgün təhsil və təcrübə ilə yaxşı rəssam olmaq olar. İnsanın portretini çəkməyi öyrənmək olar. Ancaq heç vaxt dahi rəssam olmağı öyrənmək olmaz. Bunun üçün daha artığına ehtiyac var. Dünyanı fərqli görmək, eksperiment aparmaq və həqiqətən yaradıcılıqda yeni kəşflər etmək bacarığı lazımdır. Bunlar isə irsən və müxtəlif həyat təcrübələrindən əldə edilir…”.

Etikxeber.az

Read Previous

“Prezidentin üstünlüyü və böyüklüyü ondadır ki, o, heç zaman xırda hisslərlə yaşamayıb…”-DEPUTAT

Read Next

Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək-UZADILDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir