Moskva ətrafında atışma: dörd nəfər öldü, iki nəfər yaralandı – FOTO

 Moskva ətrafındakı Ramensk rayonunun Kratova qəsəbəsinin sakini evində barrikada quraraq insanlara atəş açmağa başlayıb.

Etikxeber.az  Rusiya KİV-lərinə istinadla xəbər verir ki, insident nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evi mühasirəyə alsalar da, cinayətkar aradan çıxaraq meşəyə qaçıb. Bu zaman o, evi yandırıb.

Son məlumata görə, cinayətkarın gizləndiyi yer müəyyənləşib və o, mühasirəyə alınıb. Hüquq mühafizə orqanlarından RİA Novosti agentliyinə verilən məlumata görə, hazırda atışma davam edir.

Bir qədər əvvəl Rusiya qvardiyasının döyüşçüləri evə hücum etməyə cəhd göstəriblər. Buna cavab olaraq atıcı xüsusi təyinatlı dəstənin əməkdaşlarını atəşə tutub və iki qumbara atıb.

Etikxeber.az

Read Previous

Azərbaycan- Şimali İrlandiya – 0:1 – FOTO- YENİLƏNİB

Read Next

DEPUTAT: Hər kəs narahatdır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir