Moskva ətrafında xüsusi əməliyyat yekunlaşdı və … FOTO – YENİLƏNİB

Moskva ətrafındakı Ramensk rayonunun Kratovo qəsəbəsində insanlara atəş açan şəxs DİN və Rosqvardiyanın həyata keçirdiyi xüsusi əməliyyatın gedişində zərərsizləşdirilib.

Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, cinayətkar qanun keşikçilərinə ciddi müqavimət göstərib. Polisin və Rosqvardiyanın əlavə qüvvələrinin, iki zirehli avtomobilin cəlb olunduğu əməliyyat bir neçə saat davam edib. Atışma zamanı dörd “OMON”-çu zərər çəkib.

Xatırladaq ki, şənbə günü Kratovo qəsəbəsinin sakini evində barrikada quraraq ətrafdakılara atəş açıb. İnsident nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evi mühasirəyə alsalar da, cinayətkar aradan çıxaraq meşəyə qaça bilib.

“Kratovo atıcısı”nın FHN-in sabiq əməkdaşı olduğu bildirilir.

Etikxeber.az

Read Previous

DEPUTAT: Hər kəs narahatdır…

Read Next

Almaniyadan 7 cavabsız top – DC-2018: NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir