Moskva prospektində hərəkət qısa müddətə məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq yanvarın 18 və 19-da gecə saat 01:00-dən 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Etikxeber.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məhdudlaşdırma həm əsas (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək.

Qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq “Bakı Dairəvi-1” avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.

Etikxeber.az

Read Previous

Ermənistan Azərbaycan Ordusunun mövqelərini reaktiv odsaçandan atəşə tutub

Read Next

Prezidentin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir