Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrda Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır.
Etikxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu xüsusi qeyd olunmalıdır”-deyən nazirin sözlərinə görə, ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur.
“Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur”– deyə, nazir əlavə edib.
Etikxeber.az