Bu gün səhər Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bəzi dronlar çox aşağı hündürlükdə uçduğundan ağaclara və naqillərə ilişib.
3 PUA yaşayış binalarına çırpılıb, onlardan biri partlayıcı qurğular daşıyıb, hansı ki, detonasiya baş verməyib.
Etikxeber.az