MSK 20-yə dairə ilə bağlı şikayətləri-DSK-LARA GÖNDƏRDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 20-ə yaxın dairə üzrə daxil olmuş müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) göndərilib.

Etikxeber.az-ın məlumatına görə, bu dairələr 81, 60, 95, 72 , 42, 125, 14, 15, 11, 79, 92, 10, 57, 45, 67,109,124, 18 saylı seçki dairələridir.

Prosedur qaydalarına görə, adıçəkilən dairələrdən MSK-ya daxil olmuş müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-lara göndərilib.

Qeyd edək ki, yuxarıda adıçəkilən dairələrdə qalib namizədlər aşağıdakılardır:

91 saylı Ucar seçki dairəsi – Ramil Həsən

81 saylı Beyləqan seçki dairəsi – Şahin İsmayılov

60 saylı Salyan-Neftçala seçki dairəsi – Fəzail Ağamalı

95 saylı Tərtər seçki dairəsi – Sahib Alıyev

72 saylı Yardımlı-Masallı seçki dairəsi – Musa Qasımlı

42 saylı Sumqayıt ikinci seçki dairəsi – Tahir Mirkişili

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov

15 saylı Yasamal birinci seçki dairəsi – Ülvi Quliyev

14 saylı Xəzər seçki dairəsi – Soltan Məmmədov

11 saylı Qaradağ seçki dairəsi – Aydın Hüseynov

79 saylı İmişli seçki dairəsi – Razi Nurullayev

92 saylı Zərdab-Ucar seçki dairəsi – Jalə Əliyeva

10 saylı Binəqədi üçüncü seçki dairəsi – Madər Musayev

57 saylı Kürdəmir seçki dairəsi – Əminə Ağazadə

45 saylı Abşeron seçki dairəsi – Oqtay Əsədov

67 saylı Cəlilabad şəhər seçki dairəsi – Malik Həsənov

109 saylı Balakən seçki dairəsi – Nəsib Məhəməliyev

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Elman Məmmədov

18 saylı Nərimanov-Nizami seçki dairəsi – Rasim Musabəyov

Etikxeber.az

Read Previous

4 Dairənin nəticələri ləğv olundu-HADİ RƏCƏBLİ, ÇİNGİZ QƏNİZADƏ, HÜSEYNBALA MİRƏLƏMOV VƏ RAUF ARİFOĞLUNUN QƏLƏBƏSİ TANINMADI…- YENİLƏNİB – (3)

Read Next

“80 saylı Dairədə qanun pozuntusu olmayıb”-deyən ÇİNGİZ QƏNİZADƏ MSK-NIN QƏRARINA DA HÖRMƏTLƏ YANAŞDIĞINI DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir