MSK daha bir neçə dairədən şikayətlərə baxıb və…- YENİLƏNİB – (1)

Fevralın 15-də saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Modern.az-a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. 

İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə bağlı deputatlığa namizədlərin müraciətlərinə baxılacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi üzrə nəticələr ləğv edilib. 

Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

***

Xəbər verdiyimiz kimi, bu gün MSK-nın növbəti toplantısı keçiriləcək.

Saat 14:00-da keçirilməsi nəzərdə tutulan iclasda bir neçə Seçki Dairəsi üzrə şikayətlərə baxılacağı, şikayətlərin bəzilərinin müvafiq Dairə Seçki Komissiyalarına (DSK) göndəriləcəyi, bəzilərinin isə nəzərə alınacağı, nəticələrin ləğvi ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir və istisna edilmir.

Bəzi məlumatlara görə, ən azı 2-3 Seçki Dairəsi üzrə nəticələr ləğv edilə bilər…

***

İclasbir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda 8 saylı Binəqədi Birinci, 12 saylı Qaradağ-Binəqədi, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal Birinci, 16 Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi İkinci, 23 saylı Nəsimi-Səbail, 29 saylı Səbail, 31 saylı Suraxanı İkinci, 32 saylı Suraxanı Üçüncü, 34 saylı Xətai İkinci, 40 saylı Kəpəz İkinci, 42 saylı Sumqayıt İkinci, 46 saylı Şirvan, 47 saylı Mingəçevir, 56 saylı Xaçmaz Kənd, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 63 saylı Sabirabad Birinci, 72 saylı Yardımlı-Masallı, 77 saylı Astara, 79 saylı İmişli Şəhər, 82 saylı Ağcabədi, 84 saylı Füzuli, 91 saylı Ucar, 94 saylı Bərdə Kənd, 88 saylı Göyçay, 98 saylı Şəmkir Şəhər, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 112 saylı Qax, 118 saylı Ağdam Şəhər Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib. 

Etikxeber.az

Read Previous

Erkin Qədirlinin 9 rəqibi-MSK-YA ŞİKAYƏT ETDİ…

Read Next

Politoloq Əliyev-Paşinyan görüşü haqda-NƏ DEDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir