Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclası başlayıb.
Etikxeber.az xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılır.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, parlament seçkiləri ilə bağlı müraciətlərin qəbulu seçki günündən sonra 3 gün müddətində həyata keçirilir.
***
İclasda 34 saylı Xətai İkinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb.
Bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
R. İbrahimov bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib.
Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb.
MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
***
İclasda 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi qeydə alınan Səxavət Soltanlının müraciətinə baxılıb.
Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Q. Orucov bildirib ki, araşdırma zamanı səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntuları öz əksini tapmayıb:
“Səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntularının baş verməsi ilə bağlı səsvermə günü orada iştirak edən seçki subyektləri də araşdırma prosesinə cəlb edilib. Ancaq şikayətdə qeyd edilən hallar ümumi araşdırma prosesində öz təsdiqini tapmayıb. Buna görə də təklif edirəm ki, Səxavət Soltanlının müraciəti təmin edilməsin və DSK-nın müvafiq qərarı qüvvədə saxlanılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və şikayətçinin müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, bu dairədə lider namizəd Aydın Hüseynovdur.
***
İclasda 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış Mehriban Mirzəliyevanın da müraciətinə baxılıb.
Bu barədə Q. Orucov məlumat verib.
Q. Orucov bildirib ki, şikayətin araşdırma prosesində məntəqə seçki komissiyalarından, dairə seçki komissiyasından alınan materiallar və sosial şəbəkələrdə yayılan görüntülər əsas götürülüb:
“Araşdırma zamanı mübahisələndirilən seçki məntəqələri üzrə araşdırma aparılıb və müraciətdə qeyd edilən hallar öz təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, M. Mirzəliyevanın şikayəti təmin edilməsin”.
MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
***
İclasda sonra 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərovun və Elman Quliyevin müraciətinə baxılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Qeyd edək ki, öncə MSK sədri Məzahir Pənahov dünənki iclasda N.Cəfərlini gözlətdikləri üçün ondan üzrxahlıq edib:
“Ona görə sizin borcunuzdan çıxmaq üçün dedim, bu gün sizi növbədənkənar qabağa salaq”.
Sonra A.Muxtarova bildirib ki, iddiaçıların müraciəti eyni məzmunlu olduğundan və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:
“Natiq Cəfərov və Elman Quliyev bildirib ki, dairə üzrə seçki məntəqələrində seçki günü seçki qanunvericiliyinin pozulması halları baş verib. Natiq Cəfərov araşdırma üçün 1 ədəd elektron məlumat daşıyıcısı və 23 ədəd protokol təqdim edib. DSK-nın mübahisələndirilən qərarları da araşdırmaq üçün götürülüb. DSK qeyd edilən qərarlarını onunla əsaslandırıb ki, araşdırma zamanı müraciətdə qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmadığından həmin şəxslərin müraciəti təmin edilməyib. MSK tərəfindən müraciətdə mübahisələndirilən seçki məntəqələrinin protokolları DSK-dan alınaraq, müqayisəli araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Natiq Cəfərov tərəfindən təqdim edilən 23 protokoldan 8-də məlumatlar uyğunsuzluq təşkil edir. Həmin 8 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Digər mübahisələndirilən seçki məntəəqlərində qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Təklif edirəm ki, qanun pozuntuları baş verən 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın və şikayətçilərin müraciəti qismən təmin edilsin”.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, 13, 14, 31 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, bu məntəqələrdə də səsvermənin nəticələri etibarsız sayılsın.
MSK müraciəti müzakirəyə çıxarıb və 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29, 31 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb və müraciət qismən təmin edilib.
Həmin dairə üzrə lider YAP-ın namizədi Səbinə Xasayevadır.
***
İclasda bununla yanaşı, 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Müraciət haqqında MSK üzvü İlkin Şahbazov məlumat verib.
İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib. İ.Şahbazov bildirib ki, araşdırmalar zamanı qeyd olunan halların yalnız 16 saylı seçki məntəqəsində qeydə alındığını söyləyib. O, həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.
MSK-nın ekspert qrupunun rəyi ilə təklif qəbul edilib.
Qeyd edək ki, həmin dairədən qalib namizəd Madər Musayevdir.
***
İclasda 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Aytən Qurbanova, Kamil Müsavi və digərlərinin müraciətinə baxılıb.
Bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.
B. Əsgərov bildirib ki, müraciətlər dairə üzrə eyni seçki məntəqələrini əhatə etdiyindən və eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma zamanı müvafiq dairədən bütün sənədlər tələb olunub. Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Qeyd etdiyim seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.
Qeyd edək ki, bu dairədə lider namizəd Fəzail Ağamalıdır.
***
Bundan başqa, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış İbrahimli Qorxmaz və Gülağa Aslanlının müraciətinə baxılıb.
Bu barədə də MSK üzvü İ. Şahbazov məlumat verib.
İ. Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Sosial şəbəkədə16 saylı seçki məntəqəsindən yayılan görüntülərdən məlum olur ki, həmin seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və 16 saylı seçki məntəqəsində səsvermənin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.
***
İclas zamanı 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.
Bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, müraciətlər bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 10 saylı seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: “Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, bir seçki məntəqəsində (10 saylı seçki məntəqəsi) səsvermənin nəticələri etibarsız sayılıb.
***
İclasda 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Elşən Abıyev, Elşad Təhməzov və digər 6 namizədin müraciətinə baxılıb.
Bu barədə MSK üzvü Tofiq Həsəov məlumat verib.
T. Həsənov bildirib ki, namizədlər səsvermənin seçicilərin iradəsini əks etdirmədiyini əsas gətirərək, dairə üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edib: “Araşdırma bir neçə istiqamətdə aparılıb. Araşdırma nəticəsində sosial şəbəkələrdə yayılan və namizədlərin təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 10 saylı seçki məntəqəsində qanun pozuntularının olması aşkarlanıb. Məntəqə seçki komissiyaları tərəfindən araşdırmaya 3 ədəd protokol təqdim olunub. Bu potokollardan 29 saylı seçki məntəqəsində də səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, bu iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 2 seçki məntəqəsində (10, 29 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.
Qeyd edək ki, bu dairədə lider namizəd Malik Həsənovdur.
***
Eyni zamanda, 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Musa Ağayevin müraciətinə baxılıb.
Bu barədə də A. Muxtarova məlumat verib.
A.Muxtarova bildirib ki, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını xahiş edib: “Araşdırma nəticəsində 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 25 və 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.
Etikxeber.az