Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
Etikxeber.az-ın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.
***
İclasda ilkin olaraq, MSK katibi Arifə Muxtarovanın təqdimatı ilə 99 saylı Şəmkir kənd Seçki Dairəsindən daxil olan şikayətə baxılıb.
Ekspert qrupunun rəyi ilə şikayət Dairə Seçki Komissiyasına (DSK) göndərilib.
Daha sonra müzakirələr zamanı 27 saylı Sabunçu ikinci və 121 saylı Laçın seçki dairələrindən edilən şikayətlərin də müvafiq DSK-lara göndərilməsi qərara alınıb.
***
İclasda 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalovanın şikayətinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçi bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçinin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.
***
“MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur”.
Bunu iclasda MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, qarşı tərəf buna görə məhkəməyə müraciət edə bilər: “Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.
***
“Məntəqə komissiya üzvlərinin müşahidəçilərə protokol verməmək hüququ yoxdur”.
Bunu da M. Pənahov deyib.
MSK sədri bildirib ki, protokollar mütləq müşahidəçilərə və namizədlərə verilməlidir.
Bununla bağlı iradlara münasibət bildirən M. Pənahov qeyd edib ki, bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır.
***
İclasda 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən olan namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.
Bu barədə də MSK üzvü Q. Orucov məlumat verib.
Q.Orucov bildirib ki, araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları öz əksini tapmayıb:
“Protokollar əsasında 17, 23, 25 saylı seçki məntəqəsində, elektron daşıyıcı vasitəsilə təqdim edilən görüntülərdən isə 14 saylı seçki məntəqəsində məntəqə komissiya üzvləri tərəfindən qanunvericiliyin bu və ya digər şəkildə pozulması halları müşahidə edilib. Təklif edirəm ki, 14, 17, 23, 25 saylı seçki məntəqələrində səsvermənin nəticələri eribarsız sayılsın”.
MSK şikayəti müzakirəyə çıxarıb və 14, 17, 23, 25 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.
***
İclasda həmçinin, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən qeydə alınan namizəd Faiq Kərimovun və Nazim Azadoğlunun müraciətinə baxılıb.
Bu barədə digər MSK üzvü Tofiq Həsənov məlumat verib.
T. Həsənov bildirib ki, müraciətlər bir tərkibdə birləşdirilib: “Şikayətçilər müraciətində bildirib ki, səsvermədə az seçicinin iştirak etməsinə baxmayaraq, lider namizədin xeyrinə səslərin sayı artırılıb və digər qanun pozuntularına yol verilib. DSK-nın mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilib. 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.
MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqələrində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, bu dairə üzrə lider namizəd YAP-ın namizədi İmamverdi İsmayılovdur.
***
“Bəziləri bütün dünyaya dezinformasiya yaymaqla məşğuldur”.
Bunu isə MSK sədri 76 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
MSK sədri qeyd edib ki, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin:
“Bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.
***
İclasda sonra 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizədliyi qeydə alınan Xəqani Cəfərovun müraciətinə baxılıb.
MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma nəticəsində təqdim edilən videogörüntülər və səs yazılarına baxılıb: “Bu zaman iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. Əksinə, müşahidəçinin aqressiv davranışlarına şahid olduq”.
MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Etikxeber.az