MSK seçkilərə artıq tam hazırdır – PƏNAHOV

Mərkəzi Seçki Komissiyası (MSK) sabah keçiriləcək Azərbaycan Prezidenti seçkilərinə artıq tam hazırdır.

Etikxeber.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, həm Azərbaycanın daxilində, həm də xaricində bütün seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.

MSK sədri bildirib ki, müşahidəçilərin çeşidi kifayət qədər genişdir və müşahidə aparmaqla bağlı heç bir müraciətə yox cavabı verilməyib:

“Biz müşahidə aparmaq üçün bütün müraciətlərə müsbət cavab vermişik və bu da çox yaxşı haldır”.

Etikxeber.az

Read Previous

Ərdoğandan Lavrova cavab: AFRİNİ KİMƏ TƏHVİL VERƏCƏYİMİZİ YAXŞI BİLİRİK

Read Next

Azərbaycanda prezident seçkiləridir – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir