Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
9 fevral tarixində keçirilən parlament seçkilərinin nəticələri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.
Etikxeber.az-ın xəbərinə görə, bu gün MSK sədri Məzahir Pəhanovun sədrliyi ilə keçiriləcək toplantıda bir sıra qərarlar veriləcək.
Qeyd edək ki, fevralın 13-da və 15-də MSK-nın keçirilən iclasında 20-dən çox seçki dairəsi ilə bağlı daxil olan şikayətlər yenidən baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Onu da qeyd edək ki, MSK 4 Seçki Dairəsinin-Hadi Rəcəblinin, Hüseynbala Mirələmovun, Çingiz Qənizadənin və Rau Arifoğlunun nəticələrini ləğv edib.
***
MSK-nın iclasının vaxtı məlum olub.
İclas saat 16.00-da keçiriləcək.
***
MSK-nın iclası başlayıb.
***
İclasda 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına (DSK) göndərilməsinə qərar verilib.
***
İclasda həmçinin, 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir seçki dairələri üzrə daxil olan şikayətlərə baxılıb.
Məlumat verilib ki, adıçəkilən seçki dairələri üzrə müraciətlər qanunla müəyyən olunmuş vaxtda daxil olmayıb.
Buna görə də şikayətlər geri qaytarılıb.
***
İclasda eyni zamanda, 88 saylı Göyçay, 46 saylı Şirvan, 54 saylı Qusar seçki dairələrindən edilmiş şikayətlərin baxılması üçün dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.
***
“Qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri ən azı 15 dəfə baxır”.
Bunu MSK-nın sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, videogörüntülər də müraciət və şikayətlər kimi dəqiqliklə araşdırılır.
“Özünü təbliğ et, amma bizi də gözdən salma”-deyən MSK sədri bildirib ki, quruma daxil olan müraciətlərin hamısına, hətta daha artığına baxılır: “Biz MSK-ya daxil olan müraciətlərin hamısına, hətta daha artığına baxırıq”.
***
MSK-ya daxil olan 177 müraciətdən 97-nə baxılıb.
Bunu da M. Pənahov deyib.
***
İclasda 125 saylı Zəngilan Qubadlı Seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin də şikayətinə baxılıb.
Bu barədə MSK üzvü Tofiq Qasımov məlumat verib.
T. Qasımov bildirib ki, A. Əsədli dairə seçki komissiyasının hərəkəsizliyindən şikayət edib:
“Qeydə alınmış namizədin şikayəti araşdırma zamanı öz təsdiqini tapmayıb. Qərarın surəti 15 fevral 2020-ci il tarixində namizədin səlahiyyətli nümayəndəsinə təqdim edilib. Anar Əsədlinin daha geniş məntəqələri əhatə edən müraciətinə isə MSK-da baxılacaq. Hərəkətsizliklə bağlı məsələ öz təsdiqini tapmadığından şikayət təmin edilməyib”.
***
İclas zamanı daha bir neçə Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrin yekununda 9 saylı Binəqədi İkinci Seçki Dairəsi, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 86 saylı İsmayıllı Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciətlərin də araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.
Etikxeber.az