MSK Zabelinin 7 “məntəqəsini” – LƏĞV ETDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 34 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Səməd Rəhimli və digər namizədlərin şikayətinə baxılıb.

Onlar seçkinin nəticələrinin ləğv olunmasını istəyiblər. 

Etikxeber.az-ın xəbərinə görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, 4 şikayət bir icraatda birləşdirilib:

“Onlar pozuntulara dair 35 protokol və videogörüntülər təqdim ediblər. Lakin 35 protokoldan sadəcə 8-i orijinaldır. Şikayətçilərin araşdırmada iştirakı tam təmin olunub. Aparılmış araşdırmanın nəticəsi olaraq, müəyyən edilib ki, 7 məntəqədə bizə təqdim edilən protokollar arasında müəyyən fərqlər mövcuddur. Fərq olan protokollar seçicilərin iradəsini əks etdirməyindən yalnız bu məntəqələrdə (1, 2, 3, 4, 18, 30, 35) seçkilərin nəticəsinin ləğv olunmasını təklif edirəm”.

Müzakirələrdən sonra MSK qeyd olunan məntəqələrdə seçkilərin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, MSK Mixail Zabelini həmin Dairənin qalibi elan edib.

O, 1990-cı ildən parlamentin üzvüdür.

Etikxeber.az

Read Previous

“Televiziya rəhbərliyi istəmirsə, biz də orada işləməyi istəmirik…” – ƏLƏŞRƏFQIZI, TELMANQIZI VƏ MİKAYILOĞLU “REAL” TV-DƏN GETDİ – YENİLƏNİB

Read Next

“Bizi gözdən salma…”-MSK sədri – bir neçə Dairə ilə bağlı-QƏRAR VERİLDİ – BİR NEÇƏ ŞİKAYƏTƏ BAXILMADI – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir