“MTN”-ə “işləyən”lərdən ikisi indi “bərkgedən” deputatlardandır…” – SABİQ DEPUTAT İDDİA ETDİ

“MTN məhkəməsində artıq hamıya bəlli olan, “yanmış” agentlərin adlarını açıqlayırlar. Görünür, pul azaldığından, ballasta gərək yoxdur. Ancaq bu gün də ciddi işlə məşğul olan agentlərin heç birinin adı açıqlanmır”.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gütəkin Hacıbəyli öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, vaxt gələcək, onlar da ifşa olunacaqlar.

“Vaxtilə MTN-də yüksək vəzifədə işləyib təqaüdə çıxmış uzaq bir qohumum mənə konkret olaraq ona məlumat ötürən iki millət vəkilinin adını və kod adını demişdi.

İkisi də bu gün də “bərkgedən” deputatlardandır. Hər dəfə onları görəndə polkovnikin dedikləri yadıma düşür…”-deyə, sabiq deputat daha sonra yazıb.

Etikxeber.az

Read Previous

“Bakı-2017″də Azərbaycanın ilk qızıl medalı – FOTO

Read Next

Azərbaycanın dörd qadın paracüdoçusu “Bakı-2017″nin finalına çıxıb – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir