“MTN işi”ndə adı keçən qadın onkoloji xəstəlikdən həbsxanada dünyasını dəyişdi

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O,  2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

Onu da qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyiləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb.

Etikxeber.az

Read Previous

Baş bankir: Tam “üzən məzənnə”yə keçidlə bağlı işlər aparılır

Read Next

“Reket”lər vəzifəli şəxslərlə bağlı çəkilişlər aparıb, pul tələb ediblər…” – DTX şefi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir