Müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur-TƏHSİL NAZİRLİYİ

Bu il müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bunu “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun dediyinə görə, sertifikasiya imtahanının müəllimlərin işə qəbulu müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi nəzərdə tutulur.

“Amma bunun hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hər bir halda bu prosesin başlanması barədə qəflətən və anidən qərarlar verilməyəcək, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri-TUTULDU… – FOTOLAR

Read Next

MM-də ilk hesabatın vaxtı məlum oldu-BƏLƏDİYYƏLƏRLƏ BAĞLI İLLİK MƏRUZƏ AYIN 22-DƏ MÜZAİRƏYƏ ÇIXARILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir