“Müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır…” – SƏMƏD SEYİDOV

Azərbaycanın xarici ölkələrdə səfirliklərinin, diplomatik təmsilçiliklərinin sayına yenidən baxılması təklif olunub.

Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, xaricdə nə qədər səfirlik və konsulluq lazım olduğu yenidən müəyyən edilməlidir. O qeyd edib ki, Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir:

“Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır? Bu səfirlik, konsulluq və nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır. Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır. Hesab edirəm ki, postneft siyasətinə keçid yalnız iqtisadi modelə yox, xarici əlaqələrə də aid olmalıdır. Biz bu istiqamətdə təhlillər aparmalıyıq”. 

Etikxeber.az

Read Previous

“Aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinə ehtiyac var” – VİTSE-SPİKER

Read Next

Prezident üst-üstə Ağdama 6 milyon pul ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir