“Müəllim sözünə layiq olmaq asan deyil…” – QƏNİRƏ PAŞAYEVA YAZIR

İki idealist müəllimin övladı olaraq müəllimliyi hər zaman müqəddəs peşə hesab etdim.

Çünki bu yerlərə gəlməyimizdə gerçək müəllimlərimizin böyük zəhməti var.

Peşəsini sevən,haqqını verən,əsl müəllimlərin hamısını Müəllimlər Günü münasibəti ilə təbrik edirəm və bütün arzularına çatmalarını diləyirəm.

Təxminən 25 il əvvəl bir şagirdi illər sonra müəllim kimi fəaliyyətə başlamazdan əvvəl müəllimindən yəni atamdan xeyir-dua almağa gəlmişdi.

Söhbət edirdilər. Gənc müəllim birdən dönüb öz müəllimindən “Sizcə, cəmiyyətdəki bu qədər problemləri, bəzi məsələlərə yanaşmamızdakı yanlışları nə zaman və necə düzəldə bilərik”-deyə, soruşdu.

Atam, yəni, müəllimi “qısa yoxsa uzun zaman müddətində” deyə sordu və fikirli-fikirli cavab gözləmədən “yaxşı müəllim və yaxşı aydın yetişdirməyə diqqət yetirməliyik,onların sayının daha da artmasından keçəcək cəmiyyətdə dərin və ciddi problemlərin həlli”- deyə, cavab verdi.

Müəllim sözü çox böyük bir sözdür və bu sözə layiq olmaq asan deyil.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu,yeni ideyalara və təşəbbüslərə əsaslanan birgə fəaliyyətimizin bəhrəsidir…” – BAHAR MURADOVA – FOTO

Read Next

Xalqın maraqları hər şeydən üstündür və biz bu yoldan dönməyəcəyik – MEHRİBAN ƏLİYEVA- FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir