Muarem: Qış fasiləsindən sonra çempionatın oyunları daha çətin olur

Adətən qış fasiləsindən sonra çempionatın oyunları daha çətin olur. Turnir cədvəlində “Qəbələ” və “İnter” ilə xal fərqimiz azdır. Əslində, bu, bir tərəfdən yaxşıdır ki, rəqabət sona qədər davam edəcək.

Etikxeber.az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubunun futbolçusu Muarem Muarem deyib.

Yarımmüdafiəçi bildirib ki, futbolçular həm məşqlərə, həm də oyunlara daha motivasiyalı çıxırlar. Xal fərqinin az olması çempionatın daha maraqlı keçməsinə səbəb olur. “Qış təlim-məşq toplanışında yaxşı hazırlaşıb həm Premyer Liqada, həm də ölkə kubokunda qızıl medalların sahibi olmaq istəyirik. Komandamızda hər bir mövqedə rəqabət var. Həm məşqlərdə, həm də oyunlarda əlimdən gələni etməyə çalışmışam. Rəqabətin olması həm futbolçular, həm də komandamız üçün yaxşıdır” – deyə,  futbolçu qeyd edib.

Etikxeber.az

Read Previous

Lapşinin Azərbaycana ekstradisiyası üçün sənədlər Belarus tərəfinə təqdim olunub

Read Next

Azərbaycan triatlonçusu beynəlxalq reytinq cədvəlindəki mövqeyini qorudu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir