“Müavinəti haqqı olan hər kəs alacaq…” – NAZİR PROBLEMƏ AYDINLIQ GƏTİRDİ

Sahil Babayev: Bütün növ pensiyalar artırılacaq 

Azərbaycanda bütün növ pensiyalar artırılacaq.

Etikxeber.az xəbər verir ki,  bunu Milli Məclisdə (MM) jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Azərbaycanda bütün pensiyalar faizlərlə indeksasiya edilərək artırılacaq.

Nazir sonra səhid hərbi qulluqçularla bağlı yaranmış problemə toxunub və qeyd edib ki,  əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul edib, şəxsən dinləyib:  “Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”.

Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır: “Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə bunun üçün 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə büdcə müzakirələrində bankları tənqid etdi… – YENİLƏNİB – (5)

Read Next

Vahid Əhmədov qiymətlərin bahalaşmasından danışdı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir