Müdafiə naziri ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşdü – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.

Sonda Müdafiə naziri şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

zakor-3

zakor-2

Etikxeber.az

Read Previous

“Yolu azıbsa” bədənindəki izlər nədən xəbər verir?” – POLİTOLOQ TONOYANIN “NARAHATLIĞI”NIN SƏBƏBLƏRİNİ AÇIQLADI

Read Next

Deputat gənclərlə bir araya gəldi, seçicilərlə görüşdü, qəbul keçirdi – PREZİDENTİN SİYASƏTİNDƏN DANIŞDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir