Müdafiə naziri təlimlər keçirilən bölgəyə getdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  Etikxeber.az-a bildiriblər ki, nazir və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra general-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin ssenarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.

zakor

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Etikxeber.az

Read Previous

Populist, məsuliyyətsiz və tutduğu posta uyğun gəlməyən biri… – SAHİB ALIYEV

Read Next

Aygün Səmədzadə “Türk ordusuna” “Bismillah” dedi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir