Müdafiə Nazirliyi: “Əsgər Xanəli Fəttayev intihar edib”

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Eyni zamanda, sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik.

Etikxeber.az

Read Previous

6 min 700-ə yaxın yeni iş yeri açılacaq – Nazir belə iddia etdi

Read Next

Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb- HƏRBİ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir