Müdafiə Komitəsi növbəti dəfə bəyanat verdi-TOFİQ YAQUBLUNUN AZADLIĞINI TƏLƏB ETDİ

Müsavat Partiyasının tanınmış üzvü, keçmiş vicdan məhbusu Tofiq Yaqublunun günahsız olaraq həbs edilməsi azmış kimi onun ölkə üzrə heç bir standartlara cavab verməyən təcridxanada saxlanılması, səhhətindəki problemlərlə əlaqədar dərmanların, təmizlik və şəxsi gigiyena üçün zəruri olan vasitələrin qəbul edilməməsi Müdafiə Komitəsini ciddi narahat edir.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Müdafiə Komitəsinin növbəti bəyanatında yer alıb.

Qeyd olunjub ki, T. Yaqublunun heç bir əsas olmadan 1 saylı Kürdəxanı təcridxanasına deyil, daha pis şəraitli 3 saylı təcridxanaya aparılması hakimiyyətin ona qarşı qisasçılıq siyasətinin daha bir sübutudur.

“Müdafiə Komitəsi Tofiq Yaqubluya qarşı baş verən hüquq pozuntularına son qoyulmasını, onun həyatı və sağlamlığı üçün ən zəruri dərmanların və digər vasitələrin qəbul edilməsini, haqqında qeyri-qanuni olaraq seçilmiş həbs qətimkan tədbirinin Apellyasiya Məhkəməsində ləğv edilərək, azadlığa buraxılmasını tələb edir”-deyə, bəyanatda sonra bildirilib.

Etikxeber.az

Read Previous

142 – Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirildi-NAZİRLİK

Read Next

Deputatdan-MƏHKƏMƏ İCLASLARI İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir