Müdafiə naziri bayramlar münasibətilə hərbi tibb müəssisələrində oldu – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə edilib.

Nazir hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.

Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.

Etikxeber.az

Read Previous

“Xətai” stansiyası təmirə bağlanacaq…

Read Next

2 min məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 mindən artıqdır – BANK OMBUDSMANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir