Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi hissədə oldu – FOTO-VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlara əsasən cəbhəboyu zonanın müxtəlif istiqamətlərində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.

Etikxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olublar.

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq.

zakor-4

Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda  hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Etikxeber.az

Read Previous

“Azarkeşlərin “APOEL”ə hücüm çəkməsilə bağlı məlumatlar həqiqət deyil” – BŞBPİ

Read Next

Ali təhsil müəssisələrinə qeydiyyat başlayır – SABAHDAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir