Müdafiə Nazirliyi: Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 50-yə yaxındır

Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsindən və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməkdə davam edir.

Etikxeber.az xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyiblər ki, aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı vaxta qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır. Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi məlumatları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır.

Etikxeber.az

Read Previous

MŞ KİVDF-nin müşahidə şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi – FOTO

Read Next

“İslamiada”: Yunan-Roma güləşçisi Kamran Məmmədov qızıl medal qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir