Müdafiə Nazirliyi Tərtədə torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara-AYDINLIQ GƏTİRDİ

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Etikxeber.az-a bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.

Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

“Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik”-QƏNİRƏ PAŞAYEVA

Read Next

Daha 329 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir