Müddəti uzadılmış “Əsrin müqaviləsi” üzrə əməkdaşlıq davam etdiriləcək – TARO KONO

Nazir: Azərbaycanla əməkdaşlığımız lokal xarakter daşımır

Qafqaz regionuna Yaponiyanın indiyədək olan yanaşmasında daim çalışdığı və bundan sonrakı yanaşmasında da vacib məqam regionun “Müstəqil inkişafı”na yönəlmiş ölkə quruculuğunun dəstəklənməsidir.Bu, 21-ci əsrin ortalarında Yaponiya açıq ölkə elan olunduqdan sonra Yaponiyanın “Müstəqil inkişafı” üçün atılan addımlar zamanı qazanılmış təcrübə və dərslərin Qafqaz regionu ilə də paylaşılmasıdır. Yaponiya olaraq, aşağıdakı iki bünövrə üzərindən Qafqaz regionunun “Müstəqil inkişafı”nı dəstəkləməyi düşünürük.

Etikxeber.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana rəsmi səfəri ərəfəsində iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bildirərkən deyib.

tarrr

O, qeyd edib ki, birinci bünövrə insan resurslarının yetişdirilməsidir:

“Dövlət quruculuğu insan resurslarının yetişdirilməsindən başlanır. İnsanlar yalnız infrastruktur və siyasi sistemi mənimsədikdən sonra ona tam yiyələnə bilərlər. Yaponiya 150 il öncə yeni ölkə quruculuğuna başlayan zaman əsas güc sərf etdiyi məqam dünyadakı ən son bilik və texnologiyaları mənimsəyərək, onları Yaponiyaya gətirə biləcək insan resurslarının yetişdirilməsi olub. Region olaraq Qafqaz üçün Yaponiya təcrübəsinin bölüşdürülməsində də bu regiona məlumatların ötürülməsində vasitəçilik edəcək insan resursları önəmlidir”.

Onun sözlərinə görə, Yaponiyanın dövlət quruculuğunda daim önəm verdiyimiz məsələlərdən biri “qanunun aliliyi”dir:

“Dövlət quruculuğunda ədalət və öngörənliyi qoruyan hüquq və onun carçısı olan bacarıqlı hüquqşünaslardır. “Qanunun aliliyi” carçısı olacaq hüquqşünasların yetişdirilməsi dövlət quruculuğunun əsasıdır. Yaponiya ölkəyə dəvət, mübadilə proqramları kimi müxtəlif vasitələrlə Qafqaz regionunun gənc hüquqşünaslarının yetişdirilməsinə dəstəyi davam etdirir.

Eyni zamanda, Qafqazda bu region ilə Yaponiyanı birləşdirən körpü rolu oynayacaq yaponiyasevərlərin yetişdirilməsinə də önəm veririk. Bu mövqedən çıxış edərək, yapon dilinin tədrisinə dəstək, Azərbaycan telekanallarında yayımlanması arzu olunan “İnuyaşa” animasiya filmlərinin nümayişi kimi Yaponiyanın yayım materiallarının təqdim olunması təşəbbüslərini davam etdirəcəyik”.

Nazir deyib ki, bundan əlavə, Azərbaycanın səhiyyə, su resursları və təbii fəlakətlərdən qorunma, sosial təhlükəsizlik, nəqliyyat və daşınma, enerji resursları, iqtisadi siyasət sahələri, özəl sektorun, kənd təsərrüfatı və fermer təsərrüfatlarının inkişafı kimi sahələri üçün Yaponiyada təcrübə proqramları təşkil edilir:

“INPEX və ya JCG Korporasiyası kimi yapon şirkətləri tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gənc əməkdaşları üçün təcrübə proqramlarının təşkil olunması ilə dövlət və özəl sektor olaraq insan resurslarının yetişdirilməsinə birgə dəstək veririk.Biznesin genişlənməsi insanların qarşılıqlı gediş-gəlişinin də artmasına gətirib çıxarır. Qafqaz regionu ölkələri vətəndaşlarının Yaponiyaya daha asan şəkildə səyahət etmələri üçün prosedurların asanlaşdırılmasını da sürətləndirəcəyik.

Bundan əlavə, “Şimal” buxar-qaz elektrik stansiyasının ikinci blokunun tikintisi davam etdirilir və onun bu il tamamlanması gözlənilir. Bu 400 meqavat gücə malik elektrik stansiyasının istismara verilməsi ilə enerji təminatı daha da sabitləşə və Azərbaycanın təşviq etdiyi iqtisadi çoxşaxəlilik üçün baza möhkəmləndirilə bilər. Regionların mərkəzi şəhərlərində su təchizatı və kanalizasiya sisteminə xidmət və nəzarət tədbirlərinə, idarəetmə sisteminin möhkəmləndirilməsinə yardım göstərməklə, Azərbaycanda geniş şəkildə gigiyenik və dayanıqlı yaşam şəraitinin təmin olunması üçün birgə əməkdaşlığı davam etdirəcəyik. Bundan əlavə, keçən il müddəti uzadılmış “Əsrin müqaviləsi” layihəsi üzrə enerji sektorundakı əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Yaponiya bu iki bünövrə üzərindən Qafqaz regionunun “Müstəqil inkişafı” prinsipini dəstəkləyəcəkdir. Bizim Azərbaycan və ya digər Qafqaz regionu ölkələri ilə olan əməkdaşlığımız lokal xarakter daşımır. Digər ölkələrin və beynəlxalq aləmin Qafqaz regionu ölkələri ilə həyata keçirdikləri əməkdaşlıqla sıx bağlanaraq pozitiv nəticələrə nail olunacağına ümid edirəm. Bu səfərin Yaponiya ilə Azərbaycan, eyni zamanda, Yaponiya ilə Qafqaz regionu ölkələri arasında münasibətlərin möhkəmləndirilməsində mühüm məqamlardan və qarşıdakı parlaq yolun ilk addımlarından biri olacağına inanıram”.

Etikxeber.az

Read Previous

“…Təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb” – MİLLƏT VƏKİLİ

Read Next

Siqaret alıcılarından şəxsiyyət vəsiqəsini tələb etmək düzgündürmü və qanunidirmi? – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir