“Müfəttiş” qayıtdı…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsəri əsasında səhnələşdirilən eyniadlı səhnə əsəri teatrsevərlərə təqdim olunub.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, rejissor Mikayıl Mikayılovun səhnələşdirdiyi tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.

Tamaşada Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Elnur Qədirov, İlahə Həsənova, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova və Cümşüd Zeynalov iştirak ediblər.

Qeyd edək ki, səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Etikxeber.az

Read Previous

Referendum başa çatdı

Read Next

Güləş üzrə hərbçilərin 31-ci dünya çempionatını ikinci yerdə başa vuran komandamız Vətənə qayıdıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir