Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
9 mart 2026-cı il tarixində müğənni Elçin Hüseynov Şəhid anaları, Qazilər və 8 saylı Sanatoriya Tipli İnternat Məktəbinin uşaqları üçün iftar süfrəsi açıb.
Etikxəbər.az-ın məlumatına görə, tədbir müğənninin rəhbəri olduğu “Halikarnas By Niel”də təşkil edilib.
Ramazan ayının mənəvi ab-havasında baş tutan tədbir eyni zamanda məkanın yeni adı ilə fəaliyyətinin təqdimatı olub.
İftar süfrəsinə sənət aləminin tanınmış simaları, ictimaiyyət nümayəndələri və ziyalılar da dəvət olunub.
Gecənin ən yaddaqalan anlarından biri Xalq artisti Alim Qasımovun səhnəyə çıxaraq canlı şəkildə “Azan” oxuması olub.
Məkan daxilində səslənən azan iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb və tədbirə xüsusi mənəvi aura qatıb.
Səmimi atmosferdə keçən gecədə sənət adamları da çıxış ediblər.
Qonaqlar Ramazan ayı münasibətilə bir-birilərinə xoş arzularını çatdırıblar.
Müğənni Elçin Hüseynovu həm məkanın fəaliyyəti, həm də təşkil olunan bu xeyirxah təşəbbüs münasibətilə təbrik edərək ona uğurlar diləyiblər.
Beləliklə, iftar süfrəsi səmimi ünsiyyət, mənəvi birlik və xoş ovqat şəraitində davam edib və qonaqlar üçün yadda qalan bir axşama çevrilib.
***
FOTOLAR:







Etikxeber.az





