Muğamın qorunması ilə bağlı qanun layihəsi müzakirələrə hazırdır – AÇIQLAMA

“Muğam sənətinin  qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirələrə tam hazırdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib.

O, qeyd edib ki, adıçəkilən qanun layihəsinin müzakirəsinə və qəbuluna ehtiyac var.

“Xeyli müddətdir ki, bu qanun layihəsi gündəmimizdədir. Qanun layihəsi üzərində bütün işlər başa çatıb. O, müzakirələrə tam hazırdır. Parlament rəhbərliyi, spiker Oqtay Əsədovla da bu məsələ ilə bağlı müzakirələr aparılıb, bu məsələyə müsbət münasibət bildirilib. Qanun layihəsinin müzakirələrə çıxarılması və təqdim edilməsi də komitəmizdən asılıdır. Biz onu bir daha geniş və hərtərəfli müzakirə etdikdən sonra plenar iclasa təqdim etməyi nəzərdə tuturuq.

muqammmmm

rafael muellim

Yəni, payız sessiyasında bu qanun layihəsinin müzakirəsi mümkün və gözləniləndir. Azərbaycanda muğam sənətinin inkişafına həm dövlət, həm ölkə prezidenti İlham Əliyev, həm də birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı var. Bu diqqət və qayğı nəticəsində də Azərbaycan muğamı özünün növbəti inkişaf mərhələsini yaşamaqdadır. Odur ki, muğam sənətinin qorunması və inkişaf etdirilməsi məsələsinin hüquqi cəhətdən tənzimlənməsi vacibdir və bu baxımdan, yeni qanun layihəsinin müzakirəsi və qəbulu vacibdir, əhəmiyyətlidir”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentin daha üc komitəsinin iclası keçiriləcək – BU GÜN

Read Next

Bu gün Üzeyir Hacıbəylinin doğum – MİLLİ MUSİQİ GÜNÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0