Muğam Televiziya müsabiqəsinin qalibləri konsert proqramı ilə çıxış edəcək – FEVRALIN 6-DA

Fevralın 6-da Heydər Əliyev Sarayında Muğam Televiziya müsabiqəsinin qaliblərinin konserti keçiriləcək.

Saraydan Etikxeber.az-a verilən məlumata görə, konsertdə 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak edəcəklər.

muqam-muqam

Musiqili gecədə xanəndələri Əməkdar Artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşayiət edəcək.

Etikxeber.az

Read Previous

Türkiyə futbol tarixinin ən bahalı transferi – CENK TOSUN

Read Next

Çəpər uçdu, 12 nəfər xəsarət aldı – FUTBOL MATÇINDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir