“Muğamı da bir bölgənin inhisarına almaq istəyənləri gördük…” – TANINMIŞ VƏKİL

“İqtisadiyyatın inhisarda olduğunu bilirdim. Muğamı da bir bölgənin inhisarına almaq istəyənləri də gördüm.Canəli Əkbərovla bağlı jurnalistlərin əməllərinə münasibətimi bildirmişdim. İndi isə bu barədə danışanlar haqda  fikrimi bildirim. Əlibaba Məmmədovu, Arif Babayevi, Mənsum İbrahimovu, Nəzakət Məmmədovanı, Rasim Balayevi, Canəli Əkbərovu şəxsən tanıyıram, hər birinin sənətinə və şəxsiyyətinə böyük hörmətim var. Əgər Canəli Əkbərov ona qarşı eyni məqamda oxşar fikirləri söyləyənlərə qarşı o cür yaraşmayan ifadələrlə cavab verməsə, onu daha tutarlı müdafiə edərdim. Bütün tərəflərin istifadə etdikləri ifadələr yolverilməzdir”.

caneli-1

 

Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, bununla belə, Canəli Əkbərova qarşı söylənilən fikirlərdə qərəz olmasını vurğulamamaq da olmur.

“Birincisi, münsiflər heyətinin qərarlarını, hörmətli sənət ustalarının dedikləri kimi eyni fikirlər yox, məhz fərqli fikirlər, yanaşmalar daha obyektiv, ədalətli, qərəzsiz, mükəmməl edər. İkincisi, eyni bölgədən olan münsiflər muğamın Azərbaycanın bütün bölgələrində inkişafına əngəl olması, bəzi hallarda, Azərbaycanın bəlası olan yerliçiliyə şərait yaratması sözsüzdür. Məhz buna görə çalışmaq lazımdır ki, Azərbaycanda yaşayan bütün millətlərin muğam ustaları həmin münsiflər heyətində təmsil olunsunlar.

Tək talış balası Canəli Əkbərov yox, həmin heyətdə Azərbaycanda yaşayan, muğamatı mükəmməl bilən, təbliğ edən ləzgi, kürd və Azərbaycanı özünə Vətən sayan digər xalqların təmsilçilərinin olması mədəniyyətimizi daha zəngin edər.

Əminəm ki, adlarını çəkdiyim insanlar məndən inciməzlər. Biz ancaq tənqidi fikirləri dinləməklə yüksələ bilərik”-deyə, vəkil sonra yazıb.

Etikxeber.az

 

Read Previous

“28 May” metrostansiyasından Lökbatan istiqamətində yeni marşrut xətti açılır – BNA

Read Next

Ziya Məmmədov “yola” salındı…Quluzadə isə birləşmiş nazirliyin rəhbəri oldu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir