Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir-DƏYİŞİKLİK

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir.

Etikxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin (MM) 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir.

Buraya aiddir:

– daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;

– torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;

– daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına

– (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;

– eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.

Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının -müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

Azadolma qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə yönəlib.

Etikxeber.az

Read Previous

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

Dayısı Birinci Qarabağ Savaşı Şəhidi, özü İkinci Vətən Müharibəsi Şəhidi olan-ŞAMAXILI ŞAHADƏT ÜSÜFOVUN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, ƏSLƏN ŞAMAXILI, ÖZÜ QOBUSTANLI OLAN ƏLƏDDİN XƏLİLOVUN İSƏ BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BEŞ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir