Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin qarşıdakı həftələrinin çətin olacağı qənaətindədir.
Etikxeber.az məlumat verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya çalışır ki, Xarkov vilayətində ələ keçirdikləri ərazilərdən, Xerson vilayətindən, Zaporojye vilayətinin bəzi ərazilərindən və Donbasdan əl çəkməsin.
“Yavaş-yavaş irəliləyir. Onlar mövqelərini gücləndirmək üçün ehtiyatlar yığır. Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq. Biz bunu bilməliyik”-deyən Zelenski vurğulayıb ki, ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur.
“Döyüşmək və qalib gəlmək. Torpağımızı və xalqımızı azad etmək üçün. Ruslar bizdə bizdə olan hər şeyi almaq istəyirlər”-deyə, Zelenski sonda bildirib.
Etikxeber.az