“Müharibə veteranı” adının verilməsi məsələsi yaxınlarda öz həllini tapacaq”-NAZİR MÜAVİNİNDƏN AÇIQLAMA

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı dövlət başçısı tərəfindən 2021-ci ilin sonlarında Sərəncam imzalanıb. Hazırda bu Sərəncama uyğun olaraq iş aparırıq.

Etikxeber.az xəbər verir, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

“Sərəncamda prosedurlar müəyyən olunub”-deyən nazir müavini bildirib ki, Vətən müharibəsi iştirakçılarının siyahısı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur.

“Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra Nazirliyin “Zəfər” altsisteminə daxil edilir. Həmin altsistemə daxil edildikdən sonra bu şəxslərə dövlət başçısının təsis etdiyi veteran təqaüdünün təyinatını aparırıq. Siyahıların hazırlanması və Nazirlər Kabineti ilə razılaşdırma prosesi davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək”-deyə, nazir müavini vurğulayıb.

Etikxeber.az

Read Previous

“Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib, ancaq…”-POLİTOLOQ

Read Next

Yağış yağacaq, külək əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir