“Müharibədə daha çox Paşinyan maraqlıdır, çünki…” – SƏMƏD SEYİDOV

Qarabağ cəbhəsində müharibənin başlanmasında, hərb variantına əl atılmasında Ermənistan, Paşinyan hakimiyyəti daha çox maraqlıdır, nəinki Azərbaycan.

Bunu Etikxeber.az-a özəl açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Səməd Seyidov Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfindən hərb variantına əl atılacağı təqdirdə, bunun beynəlxalq güclər tərəfindən necə qarşılanacağı məsələsinə münasibətini bildirərkən deyib.

“Sizin sualınıza cavab verərək, iki əsas məqamı vurğulamaq istəyirəm. Birincisi, təbii ki, Azərbaycan Ordusu bu gün böyük bir qüdrətə, böyük bir gücə malikdir”-deyən S. Seyidovun sözlərinə görə, Azərbaycan Ordusu özü də hər bir cəhətdən- həm mənəvi cəhətdən, həm də döyüş qabiliyyəti və hazırlığı cəhətdən hərb variantına hazırdır.

“Çünki istər Lələtəpə, istət Cünnüt əməliyyatından, istərsə Azərbaycanda gedən proseslərdən, cənab prezidentin gördüyü işlərdən sonra Ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi hökm sürür və bu, özü-özlüyündə ona dəlalət edir ki, Azərbaycan Ordusu Ali Baş komandan tərəfindən hər hansı bir göstəriş olsa, onu bir dəqiqə içərisində və bir kəlmə ilə həyata keçirməyə hazırdır. Ancaq, bu, işin bir tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, təəssüflər olsun, indi müharibənin başlanmasında, hərb variantına əl atılmasında daha çox Paşinyan hakimiyyəti maraqlıdır, nəinki Azərbaycan.

samad-metbuat kon-foto

Ona görə ki, bu gün  Ermənistanın özünün içərisində, Ermənistanın Dağlıq Qarabağ separatçıları ilə münasibətində, separatçıların özünün içərisində ayrıseçkilik, dedi-qodu, intriqaların mövcudluğu şəraitində, hərbçilər, zabitlər, əsgərlər və sair içərisində gedən proseslər Ermənistanın vəziyyəti normal şəkildə idarə etdiyinə dəlalət etmir. Məhz bu istiqamətdə, məhz bu şəraitdə cəbhədə hansısa provokasiyalar, hansısa bir gərginlik məhz Ermənistan tərəfə daha çox sərfedici bir məqam kimi qiymətləndirilməlidir.

 Bu nöqteyi-nəzərdən də, bir daha təkrar edirəm ki,  Ordumuz çox güclüdür və hər bir problemin həlli iqtidarındadır. Ancaq indiki məqamda provakasiyalara yol açan Paşinyan hakimiyyəti məhz bu istiqamətdə siyasətini, fəaliyyətini təşkil edir ki, məsuliyyəti boynundan atıb, onu Azərbaycan tərəfinə keçirsin. Bu, çox vacib bir məqamı nəzərə alaraq, biz öncə dünya ictimaiyyətinə, beynəlxalq aləmə, regionda olan ölkələrə, beynəlxalq aktorlara izah etməliyik, göstərməliyik ki, kimdir provakator, kimdir bu vəziyyətdə maraqlı, kimdir bu problemləri yaradan.

Məhz bundan sonra Azərbaycan təbii ki, beynəlxalq qanun çərçivəsində hər bir məsələni həll etmək iqtidarındadır”-deyə, S. Seyidov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İdmançılarımız Minskdə keçiriləcək II Avropa Oyunlarına yola salındı

Read Next

Müdafiə naziri sosial şəbəkələrdən narazılıq etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir