“Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı!”-MEHRİBAN ƏLİYEVA HİDAYƏT HEYDƏROVU TƏBRİK ETDİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

“Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”, – paylaşımda deyilir.

Read Previous

“Rusiya xüsusi xidmətlərinin tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan doqquz şübhəlini həbs etmişik”-DONALD TUSK

Read Next

Zelenski Əliyevə-NİYƏ ZƏNG ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir