“Mükafatı gərək gözləməyəsən, o, özü gələcək…” – CAVAN ZEYNALLI

Bütün həyatımı musiqiyə, sənətə həsr etmişəm. Hələ məktəbdə, musiqi texnikumunda, Konservatoriyada təhsil alarkən oxumağa başlamışam. Sonradan fəaliyyətimi “Qaya” ansamblında davam etdirdim. Bu, mənim üçün gözəl bir məktəb oldu.

Etikxeber.az xəbər verir ki, bunu Xalq artisti Cavan Zeynallı deyib.

Cavan_Zeynallı

O, bir müddət öncə “Xalq artisti” fəxri adına layiq görüldüyünü xatırladaraq, bunları deyib:

“Xalq artisti fəxri adı mənim üçün böyük mükafatdı. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Çünki, onlar Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük qayğı ilə yanaşırlar. Düşünürəm ki, bu cür mükafatları insan gərək gözləməsin. Çünki çəkilən zəhmətin müqabilində o, özü gələcək…”.

Etikxeber.az

Read Previous

Nasizm qurbanlarının ailə üzvlərinə ikili vətəndaşlıq hüququ veriləcək…

Read Next

Kimlər sevincli, kimlər üzgün … – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir