Münaqişə bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir – NAZİR – FOTOLAR

Azərbaycanla Özbəkistan hərbi əməkdaşlığı müzakirə edib.
Etikxeber.az Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin Müdafiə naziri general-polkovnik Kabul Berdiyev ilə görüşüb.
General-polkovnik Z.Həsənov əvvəlcə xalqlarımız arasında çoxəsrlik dostluq ənənələrinin gücləndirilməsində və qarşılıqlı dəstəklənməsində əvəzsiz xidmətləri olmuş Prezident İslam Kərimovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.
Azərbaycan-Özbəkistan əməkdaşlığının möhkəm dostluq üzərində qurulduğunu və bu əlaqələrin daim genişləndiyini xüsusi qeyd edən nazir ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmalıdır. Münaqişə ilə bağlı mövcud status-kvo isə qəbuledilməzdir.
Nazir K.Berdiyev də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb. Özbəkistan naziri ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Rəsmi səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.
zakir-ozbak-1
mnuzbek1
zakir-ozbek
Etikxeber.az

Read Previous

Hacıyevin məhkəməsindən: “2008-ci ildən götürülən kreditlər nəyə görə gəlir gətirməyib?”

Read Next

“Naxçıvan Kredit” də ləğv olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir