“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”- QIRĞIZ, MACARISTAN VƏ TÜRK ŞURASININ BİRGƏ MÖVQEYİ

Sentyabrın 29-da Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə Türk Şurasının Budapeşt Ofisini ziyarət edib.

Etikxeber.az xəbər verir ki, ofisdə Türk Şurasının Baş katibi Bağdad Amreyevin də iştirakı ilə üçtərəfli görüş keçirilib.

Tərəflər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin əhəmiyyəti ilə bağlı mövqelərini bir daha təkrarlayıb.

Etikxeber.az

Read Previous

“Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək…Qələbə bizimlədir!”-ANAR EYVAZOV

Read Next

UEFA Avropa Liqası: “Legiya” (Polşa) -“Qarabağ” – 0:3 – “QARABAĞ” YENİDƏN TARİX YAZDI, NÖVBƏTİ MƏRHƏLƏYƏ ADLADI, QRUP MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANDI – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir