Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı ilə bağlı heç bir problemli məsələ görmürük. Bu gün Azərbaycan miqrasiya proseslərini yüksək səviyyədə tənzimləyir.
Etikxeber.az xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının oktyabrın 12-də Bakıda keçirilən 19-cu iclasının iştirakçısı, Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy ölkəsində azərbaycanlı miqrantların vəziyyəti ilə bağlı sualı cavablandırarkən deyib.
A.Qorovoy bildirib ki, Azərbaycanın miqrasiya orqanları əmək fəaliyyəti və istirahət üçün Rusiyaya səfər edən azərbaycanlı miqrantlarla bağlı prosesləri yüksək səviyyədə tənzimləyir: “Azərbaycan ilə Rusiya arasında mehriban dostluq münasibətləri mövcuddur. Bizim əlaqələr məmnunluq doğuracaq səviyyədədir”.
Tədbirin əhəmiyyətindən danışan A. Qorovoy qeyd edib ki, iclasda insanın başqa dövlətin ərazisində özünü rahat hiss etməsi üçün zəruri olan qanunvericiliyin öyrənilməsi məqsədilə xüsusi təşkilatların yaradılması imkanları müzakirə ediləcək. “Hüquq mühafizə orqanlarının rəhbərləri kimi, biz başa düşməliyik ki, hökumətlərarası, dövlətlərarası razılaşmalarda əks olunan bütün qərarlar başqa ölkənin qanunlarının tələblərinə, adət-ənənələrinə və mədəniyyətinə hörmət şəraitində, sakit mühitdə həyata keçirilməlidir”– deyə, rusiyalı qonaq bildirib.
Etikxeber.az