“Müraciətlər əsasən müalicə, təhsil, işlə təmin edilmə, əlilliyin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları ilə bağlı oldu ki…”-DEPUTAT – FOTOLAR – YENİLƏNİB

Biləsuvar rayonundakı deputat qərargahında da seçicilərin qəbulunu keçirdik. Müraciətlər əsasən müalicə, təhsil, işlə təmin edilmə, əlilliyin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları ilə bağlı oldu.

Etikxeber.az xəbəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, həmin müraciətlərin bəziləri yerindəcə aidiyyatı orqanlara yönləndirilməklə həllini tapıb, digər məsələlərlə bağlı isə tərəfimizdən aidiyyatı qurumlara rəsmi müraciətlər ediləcək.

“Qəbul üçün müraciət edən seçicilər narahat olmasın, növbəti həftə də ərzində online formatda görüşümüz baş tutacaq”-deyə, o, əlavə edib.

Millət vəkili eyni zamanda hesab edir ki, problemləri həll etməyin ən yaxşı üsulu həm də məsələlələri yerində öyrənməkdir.

“Bu prinsipdən çıxış edərək Biləsuvar rayonunda bir neçə küçəni gəzərək vətəndaşlarla görüşüb onları dinlədik, qayğıları, təklifləri ilə maraqlandıq. Vətəndaşlar daha çox rayonun abadlaşdırılması, yaşıllıqların salınması, işsizlik probleminin həll edilməsi kimi məsələlərlə bağlı müraciət etdilər. Müraciətlər qeydə alındı, tərəfimizdən yaxın günlərdə aidiyyatı strukturlara yönəldiləcək”-deyə, B. Məhərrəmov sonra bildirib.

14:33

***

“Biləsuvar rayonunda qəbullar zamanı vətəndaşlar istifadələrində olan əkin torpağı və həyətyanı sahələrinin faktiki ölçülərinin sənəddə göstərilən ölçüyə uyğun olmadığını, habelə, torpaq sahələrinin sərhədlərin xəritə üzərində düzgün müəyyən edilmədiyini bilidirərək problemlərin həllinə kömək edilməsini xahiş etmişdilər. Həmin müraciətlər əsasında iyul ayının 9da Azərbaycan Respublikasınının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətininə rəhbərlik edən hörmətli Mətin Eynullayevlə telefon əlaqəsi yaradaraq, məsələni müzakirə etdik”.

Bunu da millət vəkili növbəti paylaşımında-açıqlamasında qeyd edib.

“Mətin müəllim məsələyə xüsusi həssaslıqla yanaşaraq problemin araşdırılması üçün bir əməkdaş ayırdı. Bu gün Əmlak Məsələləri Dövlət Xidmətindən mənə zəng edərək problemin araşdırıldığını, 21 müraciətin hamısı üzrə vətəndaşların haqlı olduqlarını bildirdilər. Deyilənə görə, artıq uyğunsuzluqların aradan qaldırılması istiqamətində iş başlanıb və il yarım ərzində bu məsələlər tam formada yoluna qoyulacaq”-deyə, B. Məhərrəmov sonda bildirib.

Etikxeber.az

Read Previous

İcra başçısı 600-dən yüksək bal toplamış 21 məzunu qəbul etdi-ONLARA “MÖHKƏM İRADƏ” ARZULADI – FOTOLAR

Read Next

“Hamı kimin dost kimin düşmən olduğunu özü üçün lap çoxdan müəyyənləşdirib…Biz isə hələ də axtarışdayıq!”-DEPUTATDAN “RUSDİLLİ KİMİ GÖRÜNMƏK” İSTƏYƏNLƏRƏ TÖVSİYƏ VƏ ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir