Muradovla Mahmudov nazir olur?

Daha iki deputat hökumət üzvü-nazir ola bilər

“Yeni nazir təyanatları- yeni hökumət üzvləri arasında daha bir neçə millət vəkilini görə bilərik. Bu, istisna deyil”.

Bunu Etikxeber.az-a açıqlamasında adının açıqlanmasını istəməyən etibarlı mənbə məlumat verib.

Ancaq, o, həmin şəxslərin, millət vəkilliyindən nazir postlarına təyinatları gözlənilən şəxslərin adlarını çəkməkdən imtina edib:

“Amma yenə deyirəm-daha bir neçə deputat hökumətdə yer ala bilər”.

Onu da qeyd edək ki, nazir postunu tutacaq deputalar arasında daha çox Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradovla tanınmış cərrah, parlamentin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudovun adları çəkilir.

fuad

Fəallığı, işgüzarlığı ilə seçilən və müsbət imicə malik olan F. Muradovun gənclər və idman naziri, sabiq nazir Azad Rəhimovun isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi gözlənilir.

F. Muradovun nazir təyin ediləcəyi təqdirdə, onun parlamentdəki vəzifəsinə ya müavini, millət vəkili Ülvi Həkimov, ya da  deputat Adil Əliyev seçiləcək.

Həmin şəxslərin gələcəkdə gənclər və idman nazirinin müavini postlarına irəli çəkilə biləcəyi də söylənilir, o cümlədən, MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini, həmçinin, parlamentin Gənclər və idman komitəsinin üzvü Rauf Əliyevin.

Bununla yanaşı, cənab Muradovun dövlət komitələrindən birinin sədri vəzifəsinə təyin edilə biləcəyi də söylənilir…

Cəmiyyətdə kifayət qədər nüfuza və müsbət petutasiyaya malik R. Mahmudovun isə  səhhətində problemlər olan Oqtay Şirəliyevin yerinə səhiyyə naziri təyin ediləcəyi gözlənilir.

rasadddd

Bu ehtimalı qüvvətləndirən məqamlardan biri də onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) sonuncu qurultayında çıxış etməsi, daha doğrusu, azsaylı çıxışçılardan biri seçilməsidir.

Qeyd olunur ki, bir çox tanınmış YAP-çılardan, millət vəkillərindən fərqli olaraq, YAP-ın qurultayında ona çıxış üçün icazə və imkan verilməsi təsadüfi sayıla bilməz.

Qeyd edək ki, F. Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində ” sənayesində ətraf mühitin qorunması” ixtisası üzrə magistr dərəcəsini alıb.

199-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb. 2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri işləyib. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası III çağırış MM-in deputatı seçilib.  İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub.2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış MM-in deputatı seçilib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın layihəsini hazırlayan işçi qrupunun üzvü olub.

2015-ci ildə 3-cü dəfə millət vəkili seçilib və MM-in Gənclər və idman komitəsinin sədridir.

Bitərəfdir. Evlidir, 3 övladı var.

R. Mahmudova gəlincə,o, 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxuyub. 1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində oxuyub.

1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb.2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 8 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif olunub. 10 may 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub. 16 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar Həkim” fəxri adı ilə təltif edilib. 2015-ci ildə 5-ci çağırış MM-in üzvü seçilib.

Amma son söz və yekun qərar  təbii ki, ölkə Prezidentinindir…

Gözləyək…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Quska” saxlanılaraq Azərbaycana gətirildi -ŞOK – FOTO – YENİLƏNİB

Read Next

Prezident rusiyalı naziri qəbul etdi – FOTO-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir