Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2022-ci ilin sentyabr ayında Şəhidlik məqamına ucalan Vətən övladlarından biri də əslən Zəngilanlı və Bakı doğumlu Musa Tofiq oğlu Alışovdur…
Cəmi 19 yaşlı Azərbaycan Ordusunun Əsgəri, Vətən sevdalısı Muşa Alışov…
Uşaqlıqdan hərbçi olmaq, peşəkar hərbçi kimi Vətənin keşiyində dayanmaq, Vətənə xidməti eşqi ilə yaşayan Musa Tofiq oğlu…
Məcburi köçkün ailəsindən, əslən Zəngilanlı-Quyudərə Xəştablı olan Musa Alışov 2003-cü ilin fevral ayının 2-də Bakı şəhərinin Sabunçu rayonunda-keçmiş zabit ailəsində dünyaya gəlib…
Atası Tofiq Alışov Birinci Qarabağ Savaşının iştirakçılarından və müharibə veteranlarındandır…
Musa evin-ailənin tək övladı idi…
O, 2009-cu ildə Sabunçu rayonunda yerləşən 67 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub…
2018-ci ildə 9-cu sinfi bitirərək, 5 nömrəli Bakı Peşə Liseyinin aşpazlı ixtisasına qəbul olunub…
2021-ci ildə təhsilini başa vurub və 2021-ci ilin 2 iyul tarixində həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…
Öncə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb…
Sonra tarixi 44 günlük İkinci Vətən Müharibəsində düşmən işğalından azad olunmuş doğma Zəngilan rayonuna göndərilib…
Əvvəl Zəngilan rayonunun Məmmədbəyli kəndində, sonra isə Cahangirbəyli kəndində xidmət keçib, atıcı olub…
Və 2022-ci ilin 13 sentyabr tarixində, Əsgərliyinin başa çatmasına cəmi 3 ay qalmış isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ermənistanın törətdiyi növbəti təxribat nəticəsində baş vermiş qanlı döyüşlər zamanı 19 yaşlı Musa Şəhidlik zirvəsinə yüksəlib…
Nəşi isə Sumqayıt şəhərində dəfn olunub, Əbədiyyətə uğurlanıb…
Musa həm də subay olub…
Anası-tək övladını itirmiş Şəhid anası Ulduz xanım deyir ki, Musa uşaqlıqdan hərb sənətinə böyük maraq göstərib, hərbçi olmaq istəyib…
Hətta Peşə Liseyində oxuyarkən yenidən orta məktəb təhsilini davam etdirmək və sənədlərini Dövlət Sərhəd Xidmətinə vermək istəyib…
“İstəyirdi ki, sənədlərini Dövlət Sərhəd Xidmətinə versin…Hətta bütün sənədlərini özü təkbaşına toplamışdı…İndi də həmin sənədlər durur və mənə gözdağıdır (səsi titrəyir)…Amma sənədlərini verərkən deyiblər ki, qəbul olunsan, bəxtin gətirdi, yox, qəbul olunmasan, attestatını da ala bilməyəcəksən, aşpazlıq ixtisası üzrə diplomunu da…Ona görə fikrindən daşındı, dedi ki, birdən qəbul olunmaram, aşpazlıq diplomu da əlimdən çıxar… Amma hərbçi olmaq fikri bir an olsun beynindən çıxmırdı…
Həddindən artıq hərb aşıqi idi…Bir gün-Əsgərlikdən bir müddət öncə-mənə dedi ki, ana, yuxumda gördüm ki, hərbi geyimdə yaralanmışam, Şəhid olmuşam…Həttar qonuşuluqda yaşayan uşaqlar da yuxularında görüblər ki, Musa Şəhid olub…Bir gün deyiblər ki, Musa, sənə deməyə çətinlik çəkirik, utanırıq, amma yuxumuzda görmüşük ki, Şəhid olmusan (yenə səsi titrəyir)…Musa çox vətənpərvər bir uşaq idi…Məktəbdə də, Iiseydə də, qohum-qonşular arasında da böyük hörmət qazanmışdı yaşı az olsa belə…Musa belə bir oğul idi…”-deyə, Ulduz xanım əlavə edir…
Və yenə də sözün bitdiyi yer…
Yenə də sözlərin, kəlmələrin boğazda düyümləndiyi an…
Nə deyəsən, necə təsəlli verəsən…Yaralı, Dərdli ana ürəyini az da olsa, soyutmaq, yarasına az da olsa, məlhəm çəkmək üçün…
Çox çətindir, çox…
Allah səbr və dözümünü versin!
Allah tək balasının-Musa Alışovun məkanını cənnətlik etsin!
Nur içində uyusun-19 yaşlı Şəhidimiz!








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




