Musa Qasımlı beynəlxalq simpoziumda nədən danışdı? – FOTOLAR

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq simpoziumda məruzə edib

 

Türk Tarix Qurumu və Antalyada Ağ dəniz Universitetinin birgə təşkil etdiyi “Birinci dünya müharibəsinin 100-cü ildönümü: türk-ingilis pəncərəsi” adlı beynəlxaq simpozum keçirilib.

Gununsesi.info-nun məlumatına görə, 13 ölkədən – ABŞ, İngiltərə, Ukrayna, Makedoniya, Fransa, İran, Gürcüstan, Avstraliya, Qazaxıstan, Ukrayna və b. ölkələrdən tarixçilərin iştirak etdiyi bu simpoziumda millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin hazırlanmasında erməni kilsəsinin rolu (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda maraqlı məruzə edib və iştirakçıların suallarını cavablandırıb.

Azərbaycan alimi eyni zamanda, “Qafqaz Birinci dünya müharibəsi illərində” adlı bölmə iclasına da sədrlik edib. Yekunda simpoziumda dinlənilən məruzələrin ümumi dəyərələndirmələrini üç görkəmli tarixçi alim – Türk Tarix Qurumunun başkanı, professor Refik Turan, professor İlbər Ortaylı və professor Musa Qasımlı edib, elmi-nəzəri ümimiləşdirmələr aparıblar.

musa-2

Etikxeber.az

Read Previous

Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək

Read Next

Dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir